YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda sənaye sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 190 mindən çox olub

2016-cı ilin yanvar-iyun aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 190,5 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, onların 34,0 min nəfəri mədənçıxarma, 100,3 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29,4 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

Həmin dövrdə sənayedə işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,0 faiz artaraq 888,8 manata çatıb. Əməkhaqqı mədənçıxarma sənayesində 33,9 faiz, emal sənayesində 5,4 faiz artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,9 faiz azalıb.