YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Olimpiya medalçısı: "Rio-2016"da qazandığım medalı azərbaycanlılara həsr edirəm

Çox sevinirəm ki, Olimpiya medalı qazandım və Azərbaycanın üçrəngli bayrağını qaldırdım. Üç illik əziyyətim hədər getmədi. Mənə şərait yaratdıqları üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasına öz təşəkkürümü bildirirəm.

Bu sözləri "Rio-2016" Yay Olimpiya Oyunlarında 130 kiloqram çəki dərəcəsində bürünc medal qazanan yunan-Roma güləşçimiz Sabah Şəriəti Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı deyib.

Güləşçi bildirib ki, bürünc medal uğrunda görüşdüyüm almaniyalı rəqibim çox güclüdür. Son Avropa çempionatında ona məğlub olmuşdum. Ancaq bu dəfə məşqçilərin fikri ilə başqa taktika ilə güləşdim və bu da öz nəticəsini verdi. Rəqibin narazılığına baxmayaraq, onu təmiz qələbə ilə məğlub etdim. Bunu hakimlər də öz qərarları ilə təsdiq etdilər.

İlk görüşündə boğazından zədələndiyini bildirən güləşçi dörddəbir finaldakı məğlubiyyətini belə şərh edib: "Boğazımdakı zədədən sonra çox çətin idi. Xalçada özümü demək olar ki, hiss etmirdim. Məğlubiyyətimin əsas səbəbi də elə bu oldu. Buna baxmayaraq mükafatçılar sırasında yer aldım. Qazandığım bürünc medalı bütün azərbaycanlılara həsr edirəm".

 

DİGƏR Xəbərlər Arxiv