YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Şahsuvarlı “Rio-2016”nın avqustun 18-də yarımfinal qarşılaşmasına çıxacaq

“Rio-2016” Olimpiya Oyunlarının boks yarışlarında Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsinə adlayıb.

Əvvəlki iki görüşündə Zao Minqqanq (Çin) və Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran boksçumuz dörddəbir finalda qazaxıstanlı boksçu - dünya çempionu Janibek Alimxanlı ilə üz-üzə gəlib. Döyüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn K.Şahsuvarlı yarımfinal mərhələsinə adlamaqla ən azı bürünc medalı təmin edib.

Bu il Bakıda təşkil olunan “Böyük İpək Yolu” turnirinin qalibi olan boksçumuz Rio Olimpiadasına lisenziyanı ölkəmizdə keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində təmin edib.

 

DİGƏR Xəbərlər Arxiv