YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Prezident İlham Əliyevin diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki proqram xarakterli nitqi xarici siyasətimizin strateji vəzifələrini özündə əks etdirir

«Prezident İlham Əliyevin diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki proqram xarakterli nitqi xarici siyasətimizin strateji vəzifələrini özündə əks etdirir. Ölkə başçısı nitqində Azərbaycanın müasir beynəlxalq aləmdə yeri və rolu, diplomatik xidmət orqanlarımızın qarşısında duran vəzifələr haqqında ətraflı şəkildə öz fikirlərini ifadə etdi». Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assmbleyasının alt komitəsinin sədri Sahibə Qafarova deyib. S.Qafarova bildirib ki, Prezident İlham Əliyev çıxışında xarici siyasətimizin hədəflərini konkret şəkildə bəyan edib. Millət vəkilinin sözlərinə görə cənab Prezident İlham Əliyevin son bir neçə gündə həm AŞPA-da, həm ATƏT PA-nın Bakıda keçirilən sessiyasında, həm də diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində söylədiyi fikirlər ardıcıl, konkret məqsədlərə xidmət edən, bir-birini tamamlayan, vahid konsepsiyaya söykənən tezislərdir. Bu, Azərbaycanın xarici siyasətində qarşıdakı dövrlərdə hədəflənən istiqamətləri dolğun və aydın kəs etdirir.

S.Qafarova vurğulayıb ki, Dağlıq Qarabağ probleminin həlli baxımından siyasi, hüquqi, diplomatik, sosial-psixoloji üstünlük Azərbaycanın tərəfindədir. Azərbaycan bütün mənalarda işğalçı Ermənistan üzərində böyük üstunlük qazanıb. «Azərbaycanın xarici siyasəti praqmatikdir və hücum diplomatiyasına əsaslanır. Azərbaycanın xarici siyasətinin əsasında milli maraqlarımızın təmin edilməsi dayanır. Xarici siyasətimizin başlıca istiqamətlərindən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha geniş miqyasda ifşasına, işğalçı dövlət kimi Ermənistan əleyhinə beynəlxalq təşkilatlarda daha çox sənədlərin qəbul edilməsinə nail olmaqdır. Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Ona görə də, dövlətimiz Avropa ilə yanaşı, Latın Amerikası, Asiya, Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir. Ölkəmizin xarici siyasətindəki bu çeviklik böyük dividentlər verir. Diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində dövlətimizin başçısı Azərbaycanın tam müstəqil siyasət yeritdiyini birmənalı şəkildə bəyan etdi. Ümumiyyətlə, Prezident İlham Əliyevin bu çıxışı xarici siyasətimizin perspektivləri baxımından böyük əhəmiyyət kəsb edir» - deyə, S.Qafarova qeyd edib.