YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TDQK abituriyentlər üçün keçid ballarını açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  2005-2013-cü illərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçirilmiş müsabiqələr nəticəsində ixtisaslar üzrə formalaşmış keçid ballarını açıqlayıb.

Keçid balları komissiyanın internet saytında yerləşdirilib.

Keçid balları abituriyentlərə ixtisas seçimi zamanı düzgün istiqamət götürməyə, həmçinin ali təhsil müəssisələrində tələbə köçürmələri zamanı bu funksiyanı həyata keçirən qurumlara iddia olunan ixtisasların müvafiq ildə keçid balları ilə tanış olmağa kömək edə bilər.

Hər tədris ili üzrə keçid balları http://tqdk.gov.az/exam/bachelor/minimal-bal/ ünvanında təqdim olunub.