YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Sədr müavini Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Kroftsu qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov avqustun 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Kroftsu partiyanın mənzil qərargahında qəbul edib. 

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Görüşdə, həmçinin, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.

YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov görüşdə iştirak edib.