YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda Sultan Səlim Yavuz asma körpüsünün açılış mərasimi olub

Avqustun 26-da İstanbulda dünyanın ən enli asma körpüsünün istifadəyə verilməsi ilə bağlı rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildir.

Körpünün rəmzi açılışını bildirən lent kəsildi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, parlamentin sədri İsmail Kahraman, Türkiyənin on birinci Prezidenti Abdulla Gül, sabiq Baş nazir Əhməd Davudoğlu və digər şəxslər açılış mərasimində çıxış ediblər.

Çıxışlarda AKP hakimiyyəti dövründə Türkiyənin əldə etdiyi nailiyyətlərdən, ölkədəki ictimai-siyasi vəziyyətdən, Yavuz Sultan Səlim körpüsünün istifadəyə verilməsinin əhəmiyyətindən, perspektiv layihələrdən və digər məsələlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, istifadəyə verilən dünyanın ən enli asma körpüsü AKP hakimiyyətinin əldə etdiyi böyük uğurlar sırasındadır.

Məlumat verilib ki, IX Osmanlı padşahı Yavuz Sultan Səlimin adı verilən körpünün eni 59 metr, uzunluğu 1408 metrdir. Bu, dünyanın ən geniş və uzun rels sisteminə malik asma körpüsüdür. Avropa ilə Asiya qitəsini birləşdirən bu üçüncü körpünün üzərində avtomobillərin hərəkəti üçün 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Tikintisinə 3 milyard ABŞ dolları məbləğində vəsait xərclənən bu körpüdə Avropa ilə Asiya arasında hərəkət edən avtomobillərin keçidi bir müddət pulsuz olacaq.