YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: XXXI Yay Olimpiya Oyunları ölkəmizin idman tarixində xüsusi bir yerə malikdir

«XXXI Yay Olimpiya Oyunları ölkəmizin idman tarixində xüsusi bir yerə malikdir». Bu fikri YAP Siyasi Şurasının üzvü,  Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, idmançılarımızın uğurlu çıxışları hər bir vətəndaşımızın sevincinə səbəb olub. Onun sözlərinə görə,  artıq illərdir ki, ölkəmizdə mühüm yarışlar baş tutur.

«Fərqli idman növləri üzrə dünyanın ən yaxşı atletləri Azərbaycanın arenalarında çıxış ediblər. Ölkəmizdə idmanın inkişafına yaradılan şərait hər kəs tərəfindən yüksək dəyərləndirilir. Məhz əldə olunan nailiyyətlərin təməlində idmana dövlət tərəfindən göstərilən qayğı dayanır. Bu gün dünya ictimaiyyəti Azərbaycan idmançılarının çıxışlarını maraqla izləyir»- deyə, M.İbrahimqızı vurğulayıb.