YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı refenduma hazırlıq prosesinin bir neçə mərhələsi bu gün başa çatır

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refenduma hazırlıqla əlaqədar bir neçə mərhələ bu gün başa çatır.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, səsvermə günü xarici dövlətlərdə olan və konsulluqlarda qeydiyyata düşmüş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti avqustun 27-də başa çatır.

Avqustun 27-də referendum aktı layihəsinin çap edilməsi və yayılmasının təmin edilməsi, seçki məntəqələrinin ərazisində referendum qabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti də başa çatır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının bu gün növbəti iclasında da bəzi məsələlərə baxılacaqdır.