YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyəti İCAPP-ın 9-cu Baş Assambleyasında iştirak edir

Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) 1-4 sentyabr tarixlərində Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən 9-cu Baş Assambleyasında iştirak edirlər.

“Vahid Asiya” mövzusu altında keçirilən toplantının sessiyalarında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, ekstremizm və terrorizmlə mübarizə, qadın haqlarının və gənclərin hüquqlarının qorunması, media azadlığı və digər aktual mövzular müzakirə edilir.