YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın “Nice-matən” qəzeti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçiriləcək Azərbaycan mədəniyyəti günlərindən bəhs edən məqalə dərc etmişdir

Fransanın gündəlik “Nice-matin” qəzetinin 9 iyul tarixli nömrəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ölkənin Kanna şəhərində keçiriləcək möhtəşəm Azərbaycan mədəniyyəti günləri ilə bağlı məqalə dərc olunmuşdur.

“İyulda Azərbaycan tamam od, tamam alov” sərlövhəli məqalədə Qafqazın aparıcı dövləti olan Azərbaycanın ikinci dəfə Kannda qonaq olması, mədəniyyət sahəsində keçirilən görüşlər və atəşfəşanlıq barədə oxuculara məlumat verilmişdir.

Məqalədə Şərqlə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycanın zəngin mədəni irsə malik olduğu zənginliyi vurğulanmış, Azərbaycan mədəniyyəti günləri çərçivəsində biri-birindən maraqlı tədbirlərin keçiriləcəyi diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, Azərbaycan xalçalarından, keramikalardan, dulusçuluq və misgərlik sənəti nümunələrindən, evlərdə işlədilən şəbəkələrdən, qədim kişi və qadın geyimlərindən, musiqi alətlərindən ibarət sərgilərlə yanaşı, Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan sərgi də nümayiş etdiriləcəkdir. Məqalədə, həmçinin “Bakı-birinci Avropa Oyunları-2015”in təqdimatı ilə əlaqədar atəşfəşanlıq olacağı qeyd olunmuş, eyni zamanda ötən il Kannda keçirilən Azərbaycan günləri çərçivəsində möhtəşəm atəşfəşanlığı yerli sakinlərinin yaxşı xatırladığı bildirilmişdir.

Sonrakı günlərdə Azərbaycan Dövlət Kamera Orkestrinin çıxış edəcəyi, marafon yürüşünün keçiriləcəyi, Azərbaycan caz musiqisinin səslənəcəyi, Azərbaycanın zəngin mətbəx nümunələrini təqdim olunacağı və sonda moda nümayiş etdiriləcəyi barədə də oxuculara ətraflı məlumat verilmişdir.