YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Şirəliyev: Əhalinin profilaktik müayinələri uğurla həyata keçirilib

Bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin profilaktik müayinələri uğurla həyata keçirilib. Bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O.Şirəliyev bildirib ki, həmin müddət ərzində 5 milyon 240 min insan profilaktik müayinələrlə əhatə edilib. Onun sözlərinə görə, bunların arasından 200 min nəfərdən artıq pasiyentdə müxtəlif xəstəliklər aşkarlanıb.

«Belə şəxslər ambulator və ya stasionar müalicəyə cəlb olunublar. Bütövlükdə  bu ilin yanvar-may ayları ərzində ambulator-poliklinik şəbəkəyə ümumilikdə 25 milyon müraciətin daxil olub, 400 minə qədər insan isə müxtəlif xəstəxanalarda müalicə edilib»- deyə, nazir vurğulayıb.