YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın “Nice-matin” qəzeti Kann şəhərinin meri ilə Azərbaycanın birinci xanımının görüşündən yazmışdır

Fransanın “Nice-matin” qəzetinin 10 iyul tarixli nömrəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəhərin meri Devid Lisnard ilə görüşündən bəhs edən məqalə dərc olunmuşdur.

Məqalədə görüşün Kannda ikinci dəfə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində baş tutduğu, görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin dilbər guşəsi olan Qəbələ ilə Kann şəhərinin qardaşlaşması təklifini irəli sürdüyü diqqətə çatdırılmış, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı üçün Kannın münasib yer olduğu bildirilmişdir.

Məqalədə “Bakı-Avropa Oyunları - 2015”in təqdimatı zamanı Mehriban Əliyevanın Kann şəhəri tərəfindən ikinci dəfə qonaqpərvərliklə qarşılanması fikrinə istinad edilmiş, şəhərin merinin qardaşlaşmaya dair Azərbaycanın birinci xanımının təklifini böyük məmnunluq hissi ilə qəbul etdiyi və tezliklə müvafiq protokol sənədlərinin hazırlanmasının vacibliyinə dair fikirləri yer almışdır.