YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının qadın seçicilərlə görüşü keçirilib

YAP Xətai rayon  təşkilatınının qərərgahında   sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı  Yeni Azərbaycan  Partiyası Qadınlar Şurası  qadın seçicilərlə  görüş keçirib.
Görüşü  giriş sözü ilə Milli Məclisin  deputatı, Yeni Azərbaycan  Partiyası  Nizami rayon  təşkilatının sədri,   YAP  Qadınlar Şurası  İdarə heyətinin üzvü Sədaqət   Vəliyeva   açdı. O,  bildirdi ki,  tədbirin məqsədi referendumla bağlı qadın seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır.

Çıxış edənlərdən Yeni Azərbaycan  Partiyası Sabunçu rayon  təşkilatının sədri , YAP Qadınlar Şurası  İdarə heyətinin üzvü Mehriban Abasquliyeva,   Yeni Azərbaycan  Partiyası Qadınlar Şurasının sədr müavini, YAP Nərmanov rayon  Qadınlar Şurasının sədri  Məhəbbət İbarahimova,   Yeni Azərbaycan Partiyası   Səbail rayon təşkilatının Qadınlar  Şurasının sədri Təranə Kərimova və  YAP  Xətai rayon təçkilatı Qadınlar Şurasının sədr müavini  Könül Əfəndiyeva  Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin mahiyyəti barədə görüş iştirakçılarına  ətraflı məlumat verdilər.  

Sonda  tədbir iştirakçıları Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.