YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyms Uorlik: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsində sülh üçün birgə işləməkdə ortaq fikirdədirlər

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsində sülhü dəstəkləmək məqsədilə birgə işləmək üçün ortaq fikirdədirlər. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

C.Uorlik qeyd edib ki, münaqişənin həlli mümkündür.

Amerikalı həmsədr bildirib ki, hazırda Varşavadadır.

Bundan öncə həmsədr bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsində sülh istiqamətində növbəti addımları müzakirə etmək məqsədilə ATƏT-in həmsədrləri ilə görüşmək üçün Vaşinqtonu tərk edir.