YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Riçard Morninqstar: ABŞ alternativ enerji istehsalında Azərbaycan ilə əməkdaşlıq etməyə hazırdır

Azərbaycan təkcə ənənəvi deyil, həm də alternativ enerji mənbələrinin inkişafına da ciddi diqqət yetirir ki, bu da müasir dünyada ən mühüm məsələlərdən biridir.

Bu sözləri Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Riçard Morninqstar Bakıda keçirilən Beynəlxalq “Caspian Energy Forum-2014”-dəki çıxışında demişdir.

Səfir bildirmişdir ki, ABŞ hər zaman Azərbaycan ilə alternativ enerji sahəsində əməkdaşlıq etməyə hazırdır. Külək və günəş enerjisindən faydalanmaq üçün Abşeron yarımadasında münbit şərait vardır.

Azərbaycan ilə ABŞ-ın enerji ixracı sahəsindəki əməkdaşlıq məsələlərinə toxunan səfir qeyd etmişdir ki, rəsmi Vaşinqton Azərbaycanın Avropa İttifaqına daxil olan ölkələrə qaz ixrac etmək niyyətini və bunun üçün reallaşdırmağa çalışdığı layihələri dəstəkləyir.