YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Müzakirə olunan məsələlər sosial-iqtisadi inkişafın nəticələrini ifadə etdi

«Nazirlər Kabinetinin iclası dövlətin apardığı ümumi siyasi proseslərin tərkib hissəsidir. Mütəmadi olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabineti yığışır və görülmüş işlərin yekunları müzakirə edilir, qarşıda duran vəzifələr müəyyən olunur». Bu fikirləri Milli Məclisin deputatı  Fəzail İbrahimli deyib.

M.İbrahimli bildirib ki, dövlətin qəbul olunmuş strateji kursunu reallaşdırmaq üçün proqramlar müəyyən edilir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin iclasında müzakirə olunan məsələlər sosial-iqtisadi inkişafın nəticələrini ifadə etdi.

«Eyyi zamanda, dövlət başçısı qarşıda duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlarını verdi. Nəzərdə tutulan işlər ölkəmizin daha da inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir»- deyə, F.İbrahimli qeyd edib.