YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Milli Məclisinin sədri Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dəfn mərasimində iştirak edəcəkdir

İyulun 13-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dəfn mərasimində iştirak etmək üçün Tbilisi şəhərində səfərdə olacaqdır. 

Nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Milli Məclis sədrinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir. Səfər həmin gün başa çatacaqdır.