YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həlli istiqamətində təşəbbüslər göstərməlidir

«Dağlıq Qarabağda yaşayan əksər ermənilər münaqişənin tez bir zamanda nizamlanmasında maraqlıdırlar. Lakin onlar başda sarkisyanlar, koçaryanlar və digərlərinin olduğu separatçı rejimə tabedir». Bu fikirləri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri arasında görüşlərin  keçirilməsi zəruridir. Onun sözlərinə görə, onlar  bu münaqişənin həlli yollarını müzakirə etməlidir.

«Hazırda Minsk qrupu danışıqlar prosesində passivlik nümayiş etdirir. ATƏT-in Minsk qrupunun bütün həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həlli istiqamətində təşəbbüslər göstərməlidir. Təəssüf ki, bu istiqamətdə real heç bir irəliləyiş görünmür. Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi dəyişilməzdir. Azərbaycan rəhbərliyi əvvəl olduğu kimi, indi də ölkənin bütövlüyü mövqeyindən çıxış edir və Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasını tələb edir»- deyə, R.Rzayev vurğulayb.