YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ulu öndər Heydər Əliyev dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib

«Ulu öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqının tərkibində respublikamızda rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünüb və bu günümüz üçün böyük işlərin, layihələrin əsasını qoyub. Onun sözlərinə görə, ölkəmiz ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşdüyü çətin vəziyyətlərdən məhz Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində xilas olub.

«Dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsası da o dövrlərdə qoyulub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin praqmatik siyasəti ilə ölkəmiz daha da yüksək inkişaf xətti ilə irəli gedir»- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.