YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycanın hərbi gücünün artması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsirini göstərir

«Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası xüsusi əhəmiyyətə malikdir». Bu fikri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, ölkə başçısı bu iclasda 2014-cü ilin 6 ayının sosial-iqtisadi inkişafından razılığını bildirdi və o qeyd etdi ki, ümumi iqtisadi inkişaf 3,1 faiz təşkil edir. Onnu sözlərinə görə, ən mühüm hadisə kimi isə dövlət başçısı qeyri-neft sektorundakı inkişafı qeyd etdi. Bu sahədə artıq 7 faizlik iqtisadi artım tempi qeydə alınıb.

 «Bütövlükdə bu inkişaf nəticəsində Azərbaycanın valyuta ehtiyatlarının 54 milyard dollara çatdığı xüsusi olaraq diqqətə çatdırıldı. Ölkə başçısı hər zaman olduğu kimi, tək iqtisadi məsələlərə deyil, eləcə də hərbi təhlükəsizlik, ərazi bütövlüyü ilə bağlı məsələləri də gündəmdə saxladı. Xüsusilə də ölkə rəhbəri ölkəmizin hərbi gücü ilə bağlı məsələlər haqqında öz fikirlərini bildirdi. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu gün ölkəmizdə hərbi sahəyə diqqət hər zaman mövcuddur. Azərbaycanın hərbi gücü, potensialı artıqdca bu nəticə etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərir. Həqiqətən, son günlər Azərbaycanda aparılan hərbi təlimlər onu göstərir ki, Azərbaycan ordusu kifayət qədər güclüdür və regionda olduqca güclü orduya çevrilib»- deyə, politoloq qeyd edib.