YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub

Bu gün Milli Məclisin payız sessiyası öz işinə başlayıb. İlk iclasda sessiyanın qanunvericilik işləri planı müzakirə olunub.

Müzakirələrdən sonra qanunvericilik işləri planı təsdiq edilib. Qeyd edək ki, iş planına «Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında», «Hərbi qulluqçuların statusu haqqında», «Daxili qoşunların statusu haqqında», «Kredit büroları haqqında», «Hesablama Palatası haqqında», «Məktəbəqədər təhsil haqqında», «Kinomatoqrafiya haqqında», «Reproduktiv sağlamlığın qorunması haqqında», «Psixoloji yardım haqqında» və digər bir sıra qanun layihələrinin müzakirəsi daxildir.