YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB Xarici İşlər Nazirləri və Dövlət rəhbərləri şuralarının iclası oktyabrın əvvəlində Minskdə keçiriləcək

MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Rəhbərləri Şurasının iclasının müvafiq olaraq oktyabrın 9-10-da Minskdə keçirilməsi planlaşdırılır. Bu barədə jurnalistlərə MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev bildirib. Trend-in məlumatına görə, xəbəri BELTA yayıb.

O deyib: "Təxminən oktyabrın 9-da Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək, bu tədbirin gündəliyi artıq razılaşdırılıb. Növbəti gün, oktyabrın 10-da Minskdə Birlik dövlətlərinin rəhbərləri toplaşacaqlar. İlkin məlumata görə, Birlik ölkələri prezidentlərinin əksəriyyəti tədbirə gəlmək niyyətindədirlər, orada mühüm məsələlər müzakirə olunacaq".

Belə ki, XİNŞ-nin gündəliyinə Birlikdə əməkdaşlığın bütün istiqamətlərinə dair 20 məsələ daxil edilib. Prezidentlər tərəfindən baxılması üçün gündəliyə 17 məsələ daxil edilə bilər ki, onların arasında sovet xalqının Böyük Vətən müharibəsində qələbəsinin 70 illiyi münasibəti ilə MDB iştirakçısı olan ölkələrin xalqlarına və dünya ictimaiyyətinə müraciətin layihəsi, dövlət başçılarının narkotiklər üzərində beynəlxalq nəzarət sisteminin qorunub saxlanması və möhkəmləndirilməsinə dair bəyanatı və bir sıra dövlətlərarası sənədlər var.