YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Azərbaycan dövləti bundan sonra da gəncliyin inkişafını xüsusi diqqət mərkəzində saxlayacaq

«Oktyabr ayında Azərbaycan  BMT-nin təşəbbüsü ilə keçiriləcək gənclərlə bağlı foruma ev sahibliyi edəcək. Əminəm ki, bu forumdan nəinki Azərbaycan gəncləri, həmçinin, əcnəbi gənclər də yararlanacaqlar». Bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, bu gün Azərbaycan gənci inkişaf edir. Onun sözlərinə görə, bu inkişaf gələcəkdə  daha da artacaq.

«Azərbaycanda gənclərin inkişafı üçün bütün imkanlar yaradılıb. Gənclər öz gələcəyi naminə bu imkanlardan səmərəli istifadə etməlidirlər. Azərbaycan dövləti bundan sonra da gəncliyin inkişafını xüsusi diqqət mərkəzində saxlayacaq»- deyə, nazir müavini qeyd edib.