YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Məhkəmə sistemində aparılan islahatlarda ciddi uğurlarımız var

«Bu gün məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olan yeganə qurum Məhkəmə-Hüquq Şurasıdır. Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin müstəqilliyini möhkəmləndirməsi ilə bağlı tədbirlərdə həm israrlıdır, həm də qətiyyətlidir». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, kənardan məhkəmələrin işinə müdaxilə halları cəhdlərinin qarşısı alınır. Onun sözlərinə görə, Azərbaycanda məhkəmə sistemi ilə bağlı mənfi fikirlər bəzi beynəlxalq təşkilatlar tərəfindən ortaya atılır.

«Əslində, bizim məhkəmə sistemimizdə aparılan islahatlarımızda ciddi uğurlarımız var, amma problemlərimiz də var və qalmaqdadır. Onları da biz yaxından öyrənirik, bir sıra tədbirlər həyata keçiririk.bütövlükdə isə, məhkəmə korpusunun müstəqillik məsələsi daim bizim diqqətimizdədir. Hakimin, məhkəmə korpusunun müstəqil fəaliyyət göstərməsindən ötrü də bütün əsaslar var»- deyə, komitə sədri vurğulayıb.