YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Başqalarından şəffaflığı və obyektivliyi uman təşkilatların özləri bu prinsipləri yerinə yetirmirlər

"Bəzən şəffaflığı, obyektivliyi, hesabatlılığı, demokratiyanı, insan haqlarını dövlətlər qarşısında tələb kimi irəli sürən dövlət və təşkilatların özləri buna əməl etmirlər". Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ayrılan pulların bölgüsü gizli saxlanılmaqla yanaşı, şəffaflıq prinsipinə də əməl olunmur. Onun sözlərinə görə, başqalarından şəffaflığı və obyektivliyi uman təşkilatların özləri bu prinsipləri yerinə yetirmirlər.

«Hesab edirəm ki, QHT-lərlə bağlı Milli Məclis tərəfindən qəbul olunan qanuna uyğun olaraq dövlət rəsmiləri, hüquq-mühafizə orqanları öz addımlarını atmalıdır. Çünki  bəzən QHT-lər iri məbləğdə xaricdən qrantlar alır və bu pullar ölkədə ictimai-siyasi proseslərin pozulmasına, müəyyən qızışdırcı hərəkətlərin həyata keçirilməsinə sərf olunur»- deyə, Ç.Qənizadə qeyd edib.