YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda taxıl istehsalı 18,2 faiz artıb

Respublikada tarlalarda və meyvə bağlarında bitkiçilik məhsullarının yığımı davam edir.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, iyulun 1-i vəziyyətinə ilkin çəkidə 1779,1 min ton taxıl (qarğıdalı daxil olmaqla) yığılmışdır. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 18,2 faiz çoxdur.

Mövsümün əvvəlindən sahələrdən 260,7 min ton kartof, 342,4 min ton tərəvəz, 44,2 min ton ərzaq üçün bostan məhsulları, 90,8 min ton meyvə və giləmeyvə, 58,6 ton tütün yarpağı, çay plantasiyalarından 230,4 ton yaşıl çay yarpağı yığılıb.

DİGƏR Xəbərlər Arxiv