YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“RecExpo II" sərgisində 10 ölkədən 100-ə yaxın tikinti və investisiya layihəsi təqdim olunacaq

Bakıda keçiriləcək “RecExpo II" sərgisində 10 ölkədən 100-ə yaxın tikinti və investisiya layihələri təqdim olunacaq .

Bu barədə “RecExpo II” – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə bağlı mətbuat konfransında komitənin şöbə müdiri Qulu Xəlilov bildirib.

Qeyd edilib ki, sərginin məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir.

"ElanExpo" şirkətinin nümayəndələri İlkin Abdiyev və Nihan Hosben sərgi barədə məlumat veriblər.

Qeyd edilib ki, “RecExpo II” sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və investisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır.

Sərgi həmçinin görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq. Azərbaycan, Avropa, Orta Şərq və digər ölkələrin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi və beynəlxalq prestijli satış agentlərinin yer alacağı "RecExpo II" sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılar və dövlət nümayəndələri ilə görüşməsini təmin edəcək. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir.

"RecExpo II" sərgisinin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır.

Qeyd edək ki, "RecExpo II" sərgisi noyabrın 22-24-də Baku Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçiriləcək.