YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Nəzərdə tutulan tədbirlərin reallaşdırılması yerli məhsulların ixracının genişləndirilməsi ilə bağlı hədəflərə çatmağa yeni imkanlar yaradacaq

«Hazırda ölkəmizdə ixracın təşviq olunmasına sistemli şəkildə yanaşılır». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, ixracın təşviqi məqsədilə həm xarici ölkələrdə logistik mərkəzlər yaradılır, həm də hüquqi baza ardıcıl olaraq möhkəmləndirilir. Onun sözlərinə görə, cari ildən ölkəmizdə yeni dövrün tələbinə uyğun olaraq ixracın təşviqi sisteminin işə salınması böyük əhəmiyyət daşıyır.

«Dövlət başçısının imzaladığı müvafiq  Fərman ölkəmizdə ixracın təşviqi ilə bağlı növbəti, daha məhsuldar və konkret hədəflərə hesablanan mərhələnin başlandığını deməyə əsas verir. Fərmanla təsdiqlənən Qaydada ixrac missiyasının təşkilinə, bazar araşdırılmasına, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinə, ixracatçıların xarici ölkələrdə patent və sertifikat almalarına, tədqiqat-inkişaf proqramlarına dəstək tədbirləri və onların reallaşdırılması mexanizmləri öz əksini tapıb. Şübhə yoxdur ki, nəzərdə tutulan tədbirlərin reallaşdırılması son nəticədə yerli məhsulların ixracının genişləndirilməsi ilə bağlı hədəflənən nəticələrin əldə olunmasına yeni imkanlar yaradacaq»- deyə, İ.Məmmədov vurğulayıb.