YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akim Bədəlov: 2020-ci ilədək alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin payının 20 faizə çatdırılması nəzərdə tutulur

«2020-ci ilədək Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən  istifadənin payının 20 faizə çatdırılması nəzərdə tutulur». Bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.

A.Bədəlov bildirib ki, hazırda ölkənin enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin payı 16 faizə yaxındır. Bu, dünya ölkələri arasında pis göstərici deyil.

«Ötən il ölkədə alternativ mənbələr hesabına 2 milyard kilovat-saata yaxın enerji alınıb. Burada külək, günəş və su elektrik stansiyalarından, habelə biokütlədən alınan enerji əsas yer tutur»- deyə, A.Bədəlov qeyd edib.