YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Bu xoş fürsətdən istifadə edib, bildirmək istərdim ki, dost ölkələrimiz və xalqlarımız arasında möhkəm əlaqələr və hərtərəfli qarşılıqlı əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm.”