YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib

Aprelin 23-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda konfrans işə başlamışdır.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Konfransda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva UNESCO-nun baş direktoru İrina Bokovanın 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciətini oxumuşdur.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva konfransın aktual bir mövzuya həsr edilməsini yüksək qiymətləndirmiş və təmsil etdiyi qurum tərəfindən son illər xalqımıza məxsus maddi-mədəni irs nümunələrinin qorunması və dünyada təbliği istiqamətində görülmüş işlərdən söz açmışdır.