YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: İşğalçı dövlətin rəhbərliyi icmaların görüşünə mane olur

«Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş hələ ki, gözlənilmir». Bu fikri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Ermənistan hakimiyyəti belə görüşün baş tutmasına mane olur. Onun sözlərinə görə, işğalçı ölkənin cinayətkar rejimi sülhün reallaşmasını istəmir.

«Ermənistandakı hazırkı əli qana batmış cinayətkar rejim və erməni lobbisi Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsini istəmirlər. Bunun da səbəbi aydındır. Bilirlər ki, belə görüşlər keçirilsə, erməni icmasının ağıllı, ziyalı insanları Azərbaycanın tərkibində yaşamağa hazır olduqlarının bildirəcəklər. Ermənistan dərin böhran içərisindədir. Azərbaycan isə sürətlə inkişaf edir və Qarabağ erməniləri bizim qanunlarımız ilə yaşayıb bu inkişafdan bəhrələnmək istəyirlər. Ermənistan hakimiyyəti  bunu yaxşı bildiyi üçün belə görüşlərin keçirilməsini istəmir»- deyə, B.Səfərov vurğulayıb.