YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda ailə hüquqlarının qorunması sahəsində güclü qanunvericlik bazası formalaşdırılıb

«Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işlənmiş Ailə Strategiyası artıq hazırdır». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, bu strategiyada ailənin, qadınların sağlamlığı kimi məsələlər əhatə olunub. Onun sözlərinə görə, Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü qanunvericlik bazası formalaşdırılıb.

«Bir sıra məsələlərlə bağlı müxtəlif ölkələrin təcrübəsini  öyrənirik. Amma bizə də çox müraciətlər edilir ki, Azərbaycanın təcrübəsi bir çox ölkələrdə öyrənilsin. Bizə hətta beynəlxalq təşkilatlar da müraciət edirlər ki, onların nümayəndələri Azərbaycana gələrək təcrübəmizi öyrənsinlər. Ən vacibi odur ki, icra strukturları, qanunvericilik qolları, məhkəmə sistemi arasında çox güclü əməkdaşlıq qurulsun»- deyə, komitə sədr vurğulayıb.