YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan məktəbliləri Tayvanda keçirilən Beynəlxalq Olimpiadada iştirak edirlər

Azərbaycanın istedadlı məktəbliləri “Bakcell” şirkətinin dəstəyi ilə Tayvanda keçirilən XXVI Beynəlxalq İnformatika Olimpiadasında iştirak edirlər.

Şirkətdən bildirmişlər ki, Təhsil Nazirliyi və “İnfoMas” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində informatika sahəsində istedadı ilə fərqlənən məktəblilər üçün xüsusi hazırlıq kursları təşkil olunub. Onlara beynəlxalq məsləhətçilərin iştirakı ilə təlimlər keçirilib. Habelə alqoritmlər, proqramlaşdırma, internet və digər mövzular üzrə 1000-dən çox tapşırığı əhatə edən təlim materialları hazırlanaraq dərc edilib.

İyulun 26-dək davam edəcək beynəlxalq olimpiadanın təşkilatçıları Çinin Təhsil, Elm və Texnologiyalar nazirlikləri, Tayvan Milli Ümumtəhsil Universitetidir. Sponsorlar isə "Acer", "Chunghwa Telecom", "İntel" və "Cisco" şirkətləridir.