YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran İmanov: Dövlətimizin əqli mülkiyyət siyasəti zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır

«Dövlətimizin əqli mülkiyyət siyasəti Prezident İlham Əliyevin səyləri nəticəsində zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır». Bu fikri Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

K.İmanov bildirib ki, əqli mülkiyyət sahəmiz beynəlxalq nüfuz qazanıb, beynəlxalq strukturlarda rəhbər komitələrdə təmsilçilik edir. Onun sözlərinə görə, Azərbaycanın nüfuzunun artmasında digər sahələrdə olduğu kimi müəllif-hüquq sahəsində də Prezident İlham Əliyevin son 13 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasəti, təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsi durur.

«Əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq, təlimləndirmək və bu sahədə bilik və vərdişləri artırmaq məqsədilə MHA nəzdində yaradılan Əqli mülkiyyət hüquqlarının təminatı mərkəzinin smart tipli təlim xidməti vasitəsilə istər əyani, istər distant təlimləri, rəy və sorğular əsasında ilkin hazırlıqdan asılı olaraq, əqli mülkiyyət üzrə bir sıra elektron, multimedia kursları, 100-dən çox elektron təqdimatları, 250-dən artıq təlim çap məhsulları əldə etmək imkanları yaradılıb. Bununla yanaşı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilərək, altı bənddə əqli mülkiyyətin inkişafı ilə bağlı vacib məsələlər nəzərdə tutulur. Müəlliflik və oxşar hüquqlar üzrə Milli Strategiya 2013-cü ildən təsdiq edilib, sənaye mülkiyyəti üzrə Strategiya da artıq hazırdır və əqli mülkiyyət üzrə hər iki qurumun rəhbərlərinin birgə əmri əsasında bu iki qolun vahid sənəddə uyğunlaşdırılması üzərində iş gedir»- deyə, K.İmanov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv