YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Abşeronda YAP -ın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev partiyanın keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 1992-ci ilin noyabrında ölkəmizin bütün bölgələrini əhatə edən 550 nəfərin iştirakı ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu öndər Heydər Əliyev yekdilliklə bu partiyanın Sədri seçildi.
B.Vəliyev bildirib ki, hazırda YAP-ın üzvlərinin sayı 700 minə çatır: “Partiyaya olan bu maraq Ulu öndərin ideyalarına sədaqətdən, Prezident İlham Əliyevə inam və etimaddan irəli gəlir”.
Tədbirdə çıxış edən Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev bildirib ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin banisi olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib.
Sonra YAP Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri Təyyübə Hüseynova, YAP Abşeron rayon təşkilatının Gənclər Birliyinin sədri Elgün Hümbətov, Abşeron rayon Gigiyena və Epidimiologiya Mərkəzinin direktoru Məhərrəm Abdulov çıxış edərək YAP-ın sıralarında təmsil olunanların dövlətçiliyimizə, Ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti həyata keçirən Prezident İlham Əliyevə hər zaman sədaqətli olacaqlarını bildiriblər.