YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın yaradılmasının 24-cü ildönümü münasibətilə Xaçmazda yığıncaq keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatında partiyanın yaradılmasının 24-cü ildönümünə həsr olunmuş yığıncaq keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq partiyanın yaranma tarixi və rayon təşkilatının fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, YAP siyasi təşkilat kimi, əslində, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır: “YAP qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrilməklə yanaşı Azərbaycan cəmiyyətinə siyasi əxlaq, siyasi mədəniyyət, eləcə də siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi”.
Sonra Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı, YAP Xaçmaz rayon təşkilatı İdarə Heyətinin üzvü Şəmsəddin Xanbabayev çıxış edərək YAP-ın Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilat olduğunu bildirib. O qeyd edib ki, YAP həmçinin əldə etdiyi uğurlarla qələbələr partiyası olduğunu sübut edib. Ş.Xanbabayev Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcəyini və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacağını vurğulayıb.
Sonra Milli Məclisin deputatları İlham Əliyev, Eldəniz Səlimov, YAP Xaçmaz rayon təşkilatının Qadınlar Şurasının sədri Sevinc Sədullayeva, YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin üzvü Amil Rəhimov və başqaları çıxış edərək partiyanın ölkəmizin inkişafındakı rolundan danışıblar.
Sonda partiya sıralarına yeni qəbul olunmuş bir sıra gəncə partiya vəsiqələri təqdim edilib.