YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail eksperti: Müasir Azərbaycan dünyanın ən tolerant ölkəsi, əsl sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsidir

Qubada “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda keçirilən beynəlxalq gənclər forumunda yerli gənclər təşkilatlarının nümayəndələri ilə bərabər, xarici ölkə gənclərinin 30-dan çox nümayəndəsi iştirak edib.

Beynəlxalq münasibətlər sahəsində İsrail eksperti Arye Qut “Regional münaqişələr və multikulturalizm” panelində Azərbaycanda yəhudi identikliyinə dair çıxışında Ermənistan-Azərbaycan münaqişəsi tarixi üzərində ətraflı dayanaraq deyib: “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi işğal edilib, 20 mindən çox adam qətlə yetirilib, 50 mindən çox adam yaralanıb, yaxud şikəst edilib, habelə 900-dən çox yaşayış məntəqəsi qarət edilərək dağıdılıb”.

Arye Qut vurğulayıb ki, dünya damarlarda qanı donduran bu vəhşilikdən xəbərdar olmalıdır. O dedi: “Dünya bunu bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlib. Hazırda Ermənistanda yüksək vəzifələr tutan Seyran Oqanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının təşkilatçıları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.

Ekspert bildirib ki, Ermənistanla qanlı münaqişə vəziyyətində olmasına, ərazisinin 20 faizinin işğal edilməsinə baxmayaraq, Azərbaycan dünyanın ən tolerant ölkəsi, əsl sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsi olaraq qalmaqdadır. Arye Qut deyib: “İsrail dövlətinin vətəndaşı və İsraildə Azərbaycan diasporunun nümayəndəsi kimi mən fəxrlə qeyd etmək istəyirəm ki, müasir və dünyəvi Azərbaycanın rəhbərliyi yəhudi icmasına qayğı ilə yanaşır, ona mehriban və səmimi münasibət bəsləyir. Dünyada yəhudilərin sıx yaşadığı yeganə və nadir yer olan Qırmızı Qəsəbə Azərbaycanın həqiqi qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayıb, özlərini doğma qardaş kimi hiss edirlər. Burada onları ümumi tale birləşdirir. Erməni daşnaklarının Azərbaycanın şəhərlərində qanlı qətliam və qırğın törətdikləri 1918-1919-cu illərin faciəli hadisələri zamanı burada azərbaycanlılarla bərabər, üç mindən çox yəhudi həlak olub”.
 

 

DİGƏR Xəbərlər Arxiv