YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın internet resursunda Azərbaycan musiqisinə həsr olunan festivaldan bəhs edilib

Dünyanın klassik musiqi və rəqslərdən bəhs edən Fransanın “resmusica. com “ internet resursunda bu il məşhur Jura dağlarının qoynunda yerləşən Franş-Komte regionunun Syam qəsrində keçirilən Syam musiqi festivalının bütünlükdə Azərbaycan musiqisinə həsr olunması barədə məqalə yerləşdirilib.

Müəllif Elizabet Şneter “Pyer Tilloy Syamı valeh edən Azərbaycan musiqisini təbliğ edir“ sərlövhəli məqaləsində “Syam musiqi festivalı“ layihəsinin dəfələrlə ölkəmizə səfər edən və Azərbaycanın zəngin musiqisi ilə yaxından tanış olan, “ Xocalı 613 “ əsərinin müəllifi, Fransa bəstəkarı Pyer Tilloyun təşəbbüsü, Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi sayəsində təşkil olunduğunu diqqətə çatdırır. İyulun 4-dən 11-dək davam edən və bütünlükdə Azərbaycan musiqisinə həsr edilən festivalda 17 xalqın nümayəndələrinin təmsil olunduğu, 29 konsertdə 50 bəstəkarın 69 əsərinin səsləndiyi bildirilir.

Ayrı-ayrı konsert proqramlarından söhbət açan müəllif onlardan birinin Azərbaycan bəstəkarlarına xüsusi təsiri olmuş, Qara Qarayevin müəllimi Dmitri Şostakoviçə həsr edildiyini və konsertin müvəffəqiyyətlə keçdiyini xüsusi vurğulayır.

Azərbaycan bəstəkarlarının əsərlərinin fransız musiqisevərləri tərəfindən böyük maraqla qarşılandığı qeyd olunan məqalədə fransız skripkaçısı Stefan Rujyenin Xəyyam Mirzəzadənin əsərini məharətlə ifa etdiyi bildirilir. Yazıda, həmçinin Greta Komurun müraciət etdiyi Əşrəf Abbasovun əsərlərini özünəməxsus tərzdə səsləndirdiyi, Stefan Rujyenin (skripka) istedadlı gənc azərbaycanlı pianoçu Murad Hüseynov ilə birlikdə bir çox Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərlərini ifa etdikləri qeyd olunur.

Məqalədə qədim tarixi adət-ənənələrə və zəngin musiqiyə malik Azərbaycanda çoxlu sayda istedadalrın yetişdiyi, onların beynəlxlaq musiqi festivallarında uğurla çıxış etdikləri və yüksək mükafata layiq görüldükləri bildirilir.

Yazıda, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xalqımızın mədəni dəyərlərini fransızlara yaxından tanıtmaq istiqamətində fəaliyyəti yüksək qiymətləndirilir. Fondun Fransada keçirdiyi tədbirlərdən bəhs edilir.

Məqalə ilə aşağıdakı internet resursu vasitəilə tanış olmaq mümkündür: