YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin altı ayında ictimai iaşə dövriyyəsinin həcmi 14,8 faiz artıb

Bu ilin birinci yarısında ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafıq dövrü ilə müqayisədə 14,8 faiz artaraq 395,6 milyon manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,7 faizi isə fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artaraq 179,7 milyon manat təşkil edib.