YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Milli Mətbuat Günü münasibətilə jurnalistləri mükafatlandırıb

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü münasibətilə bir qrup jurnalistin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov  22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

S.Novruzov bildirib ki, mətbuat hər bir cəmiyyətin, o cümlədən, Azərbaycan cəmiyyətinin həyatının informasiya ilə təmin edilməsində, ictimai-siyasi proseslərin işıqlandırılmasında, insanların maarifləndirilməsində, bütövlükdə, ölkənin mədəni səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. 139 il ərzində milli mətbuatımızın şərəfli bir yol keçidiyini deyən S.Novruzovun sözlərinə görə, hazırda ölkəmizdə yüksək səviyyəli kütləvi informasiya vasitələri formalaşıb.

YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan dövləti milli mətbuatın inkişafına hərtərəfli yardımlar göstərir. S.Novruzov Ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması, qəzetlərin dövlət nəşriyyatına olan borclarının dondurulması və mətbuatın inkişafına xidmət edən digər məsələlər ilə bağlı verilən qərarları xatırladıb və bunların böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. S.Novruzovun sözlərinə görə, mətbuat işçiləri Ulu öndərimizin bu fəaliyyətini yüksək qiymətləndirərək Onu «Jurnalistlərin dostu» seçdilər.

YAP İcra katibinin müavini bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib: «Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə dövlətimiz mətbuatımıza ciddi dəstək verir. Eyni zamanda, ölkə başçısının qərarı ilə dövlət hesabına mətbuat işçiləri üçün yaşayış binası tikilib istifadəyə verilib. Artıq 250 mənzildən ibarət olacaq ikinci bina da tikilməkdədir və gələn ilin sonlarında jurnalistlərin ixtiyarına veriləcək».   S.Novruzov Yeni Azərbaycan Partiyasının da kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Hər il jurnalistlərlə belə görüşlərin keçirildiyini xatırladan YAP İcra katibinin müavini bu ənənənin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, partiya mətbuatla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Daha sonra S.Novruzov 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistlərə mükafatlar təqdim edib.