YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Media sahəsindəki istənilən təşəbbüs Azərbaycan dövləti tərəfindən qiymətləndirilir

«Bu gün media sahəsindəki istənilən təşəbbüs Azərbaycan dövləti tərəfindən qiymətləndirilir. Təşəbbüslərin dəyərləndirilməsində başlıca prioritet kimi söz, fikir, ifadə azadlığının daha da dərinləşdirilməsi zərurəti götürülür». Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, dövlətin iradəsinin nəticəsidir ki, Azərbaycan Respublikasında «Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Kosepsiyası» kimi fundamental səciyyə daşıyan sənəd qəbul olunub. Onun sözlərinə görə, konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.

«Fond dövlətin prioritet kimi müəyyənləşdirdiyi sahələrə dair həm KİV-lərin layihələrini maliyyələşdirir, həm də ayrı-ayrı jurnalistlərin yaradıcılıq məhsullarını qiymətləndirir, onların fəaliyyətini bir növ, stimullaşdırır. Bütün bunlar məsələyə sistemli yanaşmanın nəticəsidir. Ümumiyyətlə, Azərbaycanda media orqanları tam azaddır. Onları istədikləri mövzunu gündəmə gətirmək sərbəstliyinə malikdirlər»- deyə, Ə.Amaşov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv