YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası mətbuatla əlaqələrin inkişafına böyük əhəmiyyət verir

«139 yaşını qeyd edən Azərbaycan mətbuatı çox şərəfli və tarixi yol keçib. 1875-ci ildən başlayaraq bu günə qədər olan hər dövrə nəzər salsaq görərik ki, bütün zamanlarda mətbuat xalqın inkişafı, onun maarifləndiilməsi, informasiya ilə təmin olunmasında, müxtəlif problemlərin üzə çıxarılıb həll edilməsində xüsusi rol oynayıb». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında da mətbuatımız müstəsna xidmətlər göstərib. Onun sözlərinə görə, hətta bu yöndə peşə fəaliyyətini yerinə yetirən zaman şəhid olan jurnalistlərimiz də var.  

«Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuat inkişaf etməyə başlayıb, mətbuat-dövlət əlaqələri sıx olub, əlaqələr inkişaf edib. Ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması, qəzetlərin dövlət nəşriyyatına olan borclarının dondurulması və mətbuatın inkişafına xidmət edən digər məsələlər ilə bağlı verilən qərarları böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Mətbuat işçiləri Ulu öndərimizin bu fəaliyyətini yüksək qiymətləndirərək Onu «Jurnalistlərin dostu» seçdilər. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir və «Jurnalistlərin dostu» mükafatına layiq görülüb. Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə dövlətimiz mətbuatımıza ciddi dəstək verir.  Yeni Azərbaycan Partiyası da kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Partiya mətbuatla əlaqələrin inkişafına böyük əhəmiyyət verir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv