YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Mətbuatımızda həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf yüksəkdir

«Milli mətbuatımız müstəqilliyimiz dövründə böyük inkişaf yolu keçib. Azərbaycan mətbuatı demokratik qaydada inkişaf edib». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev 1998-ci ildə mətbuatın üzərindən senzuranı ləğv etdikdən sonra bu sahədə həm kəmiyyət, həm də keyfiyyətcə inkişaf başladı. Onun sözlərinə görə, dövlət qayğısı nəticəsində sonra mətbuatımız inkişaf etməklə yanaşı peşəkarlıq da yüksəldi”.

«Bu gün Prezident İlham Əliyev mediaya xüsusi diqqət və qayğı göstərir. Son 10 ildə dövlətimizin başçısı mətbuata həm maddi, həm də mənəvi cəhətdən böyük diqqət və qayğı göstərir. Bu qayğı həm maddi-texniki cəhətdən, həm də jurnalistlərin sosial problemlərinin həlli baxımından özünü aydın şəkildə ifadə edir»- deyə, komitə sədri vurğulayıb.