YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR bu il Ceyhan limanından 15,5 milyon ton neft ixrac edib

SOCAR bu ilin noyabr ayında Novorossiysk limanından 159 min 712 ton, Supsa limanından 91 min 616 ton, Ceyhan limanından isə 1 milyon 501 min 807 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, ümumilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 137 min 953 ton, Supsa limanından 2 milyon 212 min 888 ton, Ceyhan limanından 15 milyon 494 min 20 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.