Xəbərlər
Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Dekabrın 19-20-də iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının 7-ci iclası Varşavada keçiriləcək.
Bu barədə Energetika Nazirliyindən bildirilib. İclasda enerji, gəmiçilik, dəniz nəqliyyatı, kənd təsərrüfatı və əczaçılıq kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək, komissiyanın iclası çərçivəsində biznes forum da keçiriləcək.
İclasın yekunu olaraq iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.