YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Dünyanın sülhsevər ölkələri Ermənistanı işğala son qoymağa çağırır

«Biz Azərbaycan multikulturalizmi çərçivəsində öz həqiqətlərimizi bir daha dünyaya çatdırmaq imkanı əldə etmişik». Bu fikri millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, bizim Dağlıq Qarabağ problemi kimi böyük problemimiz var. Onun sözlərinə görə, dünyanın sülhsevər ölkələri Ermənistanı bu işğala son qoymağa çağırır, amma Ermənistan rəhbərliyi hətta öz xalqının belə düşməninə çevrilərək bu işğalçı siyasətini davam etdiri.

«Azərbaycan xalqı sülhsevər xalqdır.  Bakının mərkəzində erməni kilsəsi var, bu gün kitabxana kimi fəaliyyət göstərir. Amma Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərimizdə bu gün Azərbaycan məscidləri, mədəni, mənəvi abidələr hamısı darmadağın edilib»- deyə, K.Abdullayev vurğulayıb.