YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Xızı rayonuna səfərə gəlib

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xızı şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov abidənin ətrafında görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verdi.