YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Kərimli: İtaliya-Azərbaycan münasibətləri ildən-ilə genişlənir

«İtaliya-Azərbaycan dostluğu inkişafın ən yüksək mərhələsindədir. İki dövlət arasında ikitərəfli münasibətlər ildən-ilə genişlənir». Bu fikirləri Milli Məclisin  Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli deyib. 

A.Kərimli bildirib ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. Onun sözlərinə görə, bu münasibətlər ildən-ilə inkişaf edir.

«Ölkələr arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. İki ölkənin parlamentlərarası əlaqələri də çox yaxşı səviyyədədir. Ölkələr arasında neft və qeyri-neft sektorunda normal münasibətlər qurulub. Bu münasibətlər gündən-günə inkişaf edir”.   ölkə Prezidenti İlham Əliyevin İtaliyaya səfəri dövlətlər arasında dostluğu daha da möhkəmləndirəcək»- deyə, A.Kərimli qeyd edib.